Xatia Dekanoidze - Əgər Tea Tsulukiani bizim partiyamızın maliyyələşdirilməsinin dərdində olduğumuzu düşünürsə, demək ki, o nəylə qarşı-qarşı olduğunu anlaya bilmir
Əgər Tea Tsulukiani bizim partiyamızın maliyyələşdirilməsinin dərdində olduğumuzu düşünürsə, demək ki, o nəylə qarşı-qarşı olduğunu anlaya bilmir, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Xatia Deaknoidze verdi.
Xatia Dekanoidze “Gürcü Arzusunun” üzvü Tea Tsulukianinin dünən verdiyi bəyanatına səslənir, hansında Tsulukiani deyir ki, boykot edən partiyalar parlamentdən maliyyə almamalıdırlar.
“İqtidarda olanlardan fərqli olaraq, bizi ölkənin gələcəyi maraqlandırır, partiyanın aldığı maliyyə deyil. Məncə Tsulukiani nəylə qarşı-qarşıya olduğunu hələ anlaya bilmir. Biz partiyanın maliyyələşdirilməsini deyil, demokratik və şəffaf seçkilərin keçirilməsini tələb edirik” – dedi Xatia Dekanoidze.
“Mindia Uqrexelidze və Tsulukianinin nə dediyi önəmli deyil. Gürcüstan vətəndaşları tərəfindən qəbul edilməyən, qeyri-legitim parlamentdə, “Gürcü Arzusu” neyləyəcək, buna qərar verilməlidir. Bizim üçün əsas odur ki, sabah aksiyaya çox sayda insan gəlsin ki, seçkilərin yenidən keçirilməsinə nail ola bilək.” – dedi Xatia Dekanoidze.