Xarici İşlər Nazirliyi - Ukrayna iqtidarının atacağı addımlara diqqət yetirəcəyik və səfirin Ukraynaya qayıtması ilə bağlı qərarı ona görə verəcəyik

Gürcüstanın Xarici İşlər Nazirliyində, Gürcüstanın Ukraynadaki səfiri Teymuraz Şaraşenidze ilə məsləhətləşmə çərçivəsində, ilk işgüzar görüş keçirildi.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, səfirin məsləhətləşmə üçün paytaxta çağırılması diplomatik praktikada qəbul edilən bir addımdır.

Nazirlikdə həmçinin bəyan edirlər ki, Ukrayna iqtidarının atacağı addımlara diqqət yetiriləcək və səfirin Ukraynaya qayıtması tarixi ilə bağlı qərar ona görə veriləcək.

“Səfirin paytaxta çağırılması ölkələr arasında diplomatik əlaqələrin kəsməsi demək deyil. Gürcüstan və Ukrayna arasında bir sıra strateji məsələlərlə – ölkənin işğalı, Avropa və Avro-atlantik inteqrasiya prosesi ilə bağlı əməkdaşlıq adi rejimdə davam edəcək” – deyilir Nazirliyin bəyanatında.