Xarici İşlər Nazirliyi - Cenevrədə Rusiya və onun işğalçı rejimlərinin nümayəndələrinin destruktiv mövqelərinə görə, qaçqınların qaytarılması məsələsi üzrə danışıqlar baş tutmadı
Xarici İşlər Nazirliyi - Cenevrədə Rusiya və onun işğalçı rejimlərinin nümayəndələrinin destruktiv mövqelərinə görə, qaçqınların qaytarılması məsələsi üzrə danışıqlar  baş tutmadı

​Gürcüstanın Xarici İşlər Nazirliyi Beynəlxalq Cenevrə danışıqlarının 46-cı raundu ilə bağlı bəyanat yayır.

Nazirliyin bəyanatına görə, Cenevrədə Rusiya və onun işğalçı rejimlərinin nümayəndələrinin destruktiv mövqelərinə görə, qaçqınların qaytarılması məsələsi üzrə danışıqlar baş tutmadı.

Nazirliyin yaydığı məlumata əsasən, görüş zamanı əsas aksent münaqişə nəticəsində zərər görən əhalinin humanitar problemlərinin həllinə yetirildi.

Qeyd olunan danışıqlar Avropa İttifaqının, BMT və ATƏT-in həmsədrlikləri ilə və Gürcüstan, Rusiya Federasiyasının və ABŞ -ın iştirakı ilə keçirilir.

Danışıqlarda işğal altında olan rejimlərin liderləri də iştirak edirlər.