Xarici İşlər Nazirliyi - Gürcüstan və Ermənistan hökumətləri arasında koronavirus ilə əlaqədar  intensiv komunikasiya mövcuddur
Xarici İşlər Nazirliyi - Gürcüstan və Ermənistan hökumətləri arasında koronavirus ilə əlaqədar  intensiv komunikasiya mövcuddur

 

 Gürcüstanın  Xarici İşlər Nazirliyindən  bildirilir ki, Gürcüstan və Ermənistan hökumətləri arasında  koronavirus ilə əlaqədar  intensiv komunikasiya mövcuddur.

“Qeyd etmək lazımdır  ki, kovid pandemiya  dövründə Gürcüstan hökuməti erməni tərəfi ilə intensiv komunikasiyadadır. Bir neçə gün bundan əvvəl baş nazirlər Q. Qaxaria və Nikol Paşinyan arasında telefon danışığı baş tutub.Ünsiyyət həmçinin ayrıca nazirlər səviyyəsində də qurulur. Bu gün Gürcüstan və Ermənistan Xarici İşlər nazirləri “Covid-19″ pandemiyası baxımından ölkələrdəki mövcud vəziyyət barədə məlumat mübadiləsi aparıblar. Davit Zalkaliani  ” Covid-19″ pandemiyası nəticəsində Ermənistanda yaranmış  vəziyyətlə bağlı erməni  tərəfinə həmrəylik  və Gürcüstan hökuməti adından bir daha kömək göstərməyə hazırlıq ifadə edib”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirirlər.

Hazırladı-Sevinc Mustafayeva