Xarici İşlər Nazirliyi - Qarabağda eskalyasiyanın başladığı andan Gürcüstan həm, Azərbaycan, həm də Ermənistan istiqamətinə hərbi yükün tranzitini dayandırdı
Xarici İşlər Nazirliyi - Qarabağda eskalyasiyanın başladığı andan Gürcüstan həm, Azərbaycan, həm də Ermənistan istiqamətinə hərbi yükün tranzitini dayandırdı

“Hərbi tranzit Gürcüstan ərazisindən heç bir istiqamətə həyata keçirilimir. Gürcüstanın əlində olan rəsmi sənədlərə əsasən, Gürcüstanın hava məkanında həyata keçirilən avia-uçuşlar sadəcə mülki və humanitar xasiyyətlidir və tamamən bəynəlxalq hüquq normalarına müvafiqdir, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsalia verdi.

Laşa Darsalia xüsusi ilə vurğuladı ki, Qarabağda eskalyasiya başlayan andan, Gürcüstan tərəfindən Azərbaycana və Ermənistana hərhansı hərbi təyinatlı yüklərin tranziti necə hava, eləcədə quru yolları vasitəsi ilə dayandırılıb.

“Gürcüstan, sadəcə olaraq, humanitar, vətəndaş və komersiyal yüklərin ərazisindən keçirilməsi ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edir. Ancaq, buna baxmayaraq, medya vasitələrində Gürcüstanın hava yolları ilə, mülki reyslər vasitəsi ilə konkret istiqamətə doğru hərbi yükün keçirildyi barədə məlumatla manipulyasiyalar davam edir.

Konkret humanitar tranzitləri həyata keçirənlər və yük sahibləri birbaşa məsuliyyətlidirllər ki, beynəlxalq hüquq normalarını qorusunlar və humanitar dəhlizlərdən suistifadə etməsinlər. Hərhansı pozuntunun aşkarlandığı təqdirdə, Gürcüstan müvafiq reaksiya göstərəcək” – deyib Laşa Darsalia.