Xalq Müdafiyəçisi medya ilə bağlı postunu düzəltdi və Gigi Uqulava ilə bağlı şərhdə İctimai Yayımçıyı da əlavə etdi
Xalq Müdafiyəçisi medya ilə bağlı postunu düzəltdi və Gigi Uqulavanın “İmedi” kanalının jurnalistlərinə etdiyi müraciətlə bağlı şərhdə İctimai Yayımçıyı da əlavə etdi.
Əvvəlki postunda olduğu kimi, Xalq Müdafiyəçisi yenə qeyd etdi ki, “Avropa Gürcüstanının” nümayəndəsi olan Gigi Uqulavanın jurnalistlərə etdiyi müraciəti etik deyildi, ancaq ifadə azadlığı çərçivəsindən kənara çıxmırdı.
“Gigi Uqulavanın “İmedi” kanalının jurnalistlərinə etdiyi müraciətlə bağlı, bir neçə medya-vasitələri bizə müraciət edir və bu faktla bağlı dəyərləndirmə tələb edir.
İlk növbədə, medya nümayəndələrinə, öz sağlamlığı bahasına, çox gərgin vəziyyətdə, arası kəsilməyən rejimdə hadisələri işıqlandırdıqları üçün təşəkkür edirəm! Medya nümayəndələri arasında fiziki təhqirə məruz qalanlar və aparaturası sındırılanlar oldu.
Təəssüf ki, siyasətçilər və yüksək rütbəlilər tərəfindən jurnalistlərə qarşı təhqir edici ifadələr tmələri tez-tez baş verir.
Bu mənim üçün qeyri-məqbuldur və etika və mədəniyyət çərçivələrindən kənara çıxır.
Halbuki onlar ictimaiyyətə jurnalistlərlə ünsiyyət nümunəsini göstərməlidirlər.
Konkret insindentin hüquqi dəyərləndirilməsinə gəlincə, Gigo Uqulavanın müraciəti hər nəqədrə də etikaya zidd olsa da, ifadə azadlığı çərçivəsindən kənara çıxmır.
Bütün siyasətçilərə müraciət edirəm, gərginliyə baxmayaraq, medya nümayəndələrinə hörmət etsinlər və onların təhlükəsiz və azad mühitdə işləmələrinə imkan versinlər!”- yazır Nino Lomcaria öz Facebook səhifəsində.
Bununla yanaşı, Nino Lomcaria “Avropa Gürcüstanı” liderləri tərəfindən Birinci Kanalın jurnalistinə hücum haqqında həçnə demədi. Ancaq, buna rəğmən Gürcüstanın Birinci Kanalı xalq müdafiyəçisinə müraciət etdi.