Xada dərəsində bir neçə saatlıq axtarış işləri nəticəsində, dörd yaşlı uşağı ölü tapdılar
Xada dərəsində bir neçə saatlıq axtarış işləri nəticəsində, dörd yaşlı uşağı ölü tapdılar.
Bu barədə məlumatı Birinci Kanala Duşeti qamqebelisi Zurab Sexniaşvili təsdiq etdi.
Onun məlumatına görə, azyaşlının cəsədini şəlalə həndəvəri ərazisində tapdılar.
Sexniaşvilinin bəyan etdiyinə görə, cəsədin aşkar olunduğu yeri, müvafiq xidmətlərə güman edilən cinayətkar bildirdi. Cinayətkar yaxalanıbdır. Söhbət gənc çobandan gedir.
Bu mərhələdə başqa detallar məlum deyil.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan və Amerika ikili vətəndaşlığı olan iki nəfər və onların 4 yaşlı uşağının itməsi barsində məlumat 112-ə cari ilin iyulun 6-da daxil oldu. İstintaq GCM-nin 116-cı maddəsinin ikinci hissəsi ilə aparılır.