Ketevan Sixelaşvili - rus təşviqatı bütün demokratik ölkəyə daxil olan güclü maliyyələşdirilmiş maşındır
Ketevan Sixelaşvili - rus təşviqatı bütün demokratik ölkəyə daxil olan güclü maliyyələşdirilmiş maşındır

İşğal olunmuş ərazilər haqqında qanunu pozan üç jurnalist Gürcüstan arazisinə buraxılmadılar, Bu DİN tərfindən qəbul olunan çox adekvatik qərar idi, – bu barədə Ketevan Tsixelaşvili Birinci Kanala bəyan etdi.

Onun dediyinə görə, jurnalistlərin səfəri heç bir dövlət strukturu ilə razılaşdırılmamışdır, buna görə də detallar barəsində söhbt edə bilməz.

“Gürcüstanın 20 faizi Rusiya tərəfindən işğal olunub. Burada rus təmyüllü sentimentlərin generləşdirilməsi çox çətindir. Çox təəssüflər olsun ki, rus təşviqatı bütün demokratik ölkəyə daxil olan güclü maliyyələşdirilmiş maşındır.

10 il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, Rusiyanın daxili siyasətə mümkün qarışması müzakirə mövzusu ola bilərdi.

Biz və bizim partnyorlarımız bu mövzu barəsində fikirləşirik. Təhlükələrin nə cür neytrallaşdırılmasının mümkün olması üzərə işləyirik”, – Ketevan Tsixelaşvili bəyan etdi.

İşğal qanununu pozduğuna görə, Tbilisidə planlaşdırılmış forumun iştirakçılarının bir hissəsinə ölkəyə daxil olmağa icazə verilmədi.

Birinci Kanala Daxili İşlər Nazirliyindən təsdiq etdilər ki, Rusiya nümayəndə heyətinin üç üzvünü Gürcüstana buraxmadılar.

Birinci Kanalın məlumatına görə, “İtartas”-ın nümayəndəsi Viktor Litovkini, ictimaiyyətin tədqiqatı assosiyasiyasının üzvü Qenadi Bodryuqovu və forumun daha bir üzvünü Aleksey Tokarevi sərhəddən geri qaytardılar.

5-7 sentyabrda Gürcüstanda Rusiya prezidentinin qrant fondu tərəfindən yaradılmış “Cənubi Qafqazın Beynəlxalq Konfrans” keçirilir.