Kelli Deqnan - Gürcüstanın yaxın dostu olaraq, bugün Azadlıq və Müstəqillik Gününü sizinlə birlikdə qeyd edirik
ABŞ-ın Gürcüstandaki səfiri Kelli Deqnan Gürcüstan əhalisini Müstəqillik Gününün 102-ci ildönümü ilə təbrik edir.
Keli Deqnanın video-müraciəti ABŞ Səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib.
“Salam, mən Kelli Deqnanam. Amerika Birləşmiş Ştatlarının adından Gürcüstan xalqının Müstəqillik Gününü səmimi qəlbdən təbrik etmək istəyirəm.
Ölkələrimiz arasında dərin, zəngin və sıx dostluq münasibətləri var və bu dostluq birgə dəyərlərə əsaslanır və bunlar – Azadlıq, Demokratiya, Tolerantlıq və yorulmadan işləməkdir.
Partnyorlar olaraq, bu tarixi və Gürcüstanın demokratik yolda irəliləyişini, biz 30 ildir birlikdə qeyd edirik. Müstəqillik Gününüzü təbrik edirəm!” – deyir Kelli Deqnan öz video-müraciətində.