Kelli Deqnan - gömrük, sərhəd polisi ilə sıx əməkdaşlıq edirik, imkanlar ilə təmin etməyə və onların Rusiya təcavüzünün qarşısını almaq üçün lazımi təlimə malik olmasından əmin olmağa çalışırıq və bunu davam etdirəcəyik
Kelli Deqnan - gömrük, sərhəd polisi ilə sıx əməkdaşlıq edirik, imkanlar ilə təmin etməyə və onların Rusiya təcavüzünün qarşısını almaq üçün lazımi təlimə malik olmasından əmin olmağa çalışırıq və bunu davam etdirəcəyik

 

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistin “Krım körpüsündə partlayan yük avtomobilinin Gürcüstan ərazisindən keçməsi barədə məlumatınız var mı?” deyə ünvanladığı suala belə cavab verib -“Krım körpüsündə baş verən insidentlə bağlı çoxlu fərziyyələr var”.

Kelli Deqnan ABŞ-ın Gürcüstanın gömrük, sərhəd polisi və sahil mühafizəsi ilə sıx əməkdaşlıq etdiyini bildirib. Eyni zamanda, ABŞ Rusiya təcavüzünün qarşısını almaq üçün imkanları təmin etməyə və bu xidmətlərin müvafiq təlimlərə malik olmasından əmin olmağa çalışır.

“Kiminsə bu yük avtomobili haqqında məlumatı olduğunu düşünmürəm. Bütün hadisə və bunun Rusiyanın ukraynalılara qarşı qəddar hücumlarını gecikdirdiyi iddiası ilə bağlı çoxlu fərziyyələr var, bu vacibdir, ancaq bu yük avtomobili ilə əlaqədar nə baş verdiyini heç kim bilmir. Biz Gürcüstan gömrüyü, sərhəd polisi, sahil mühafizəsi ilə sıx əməkdaşlıq edirik. Biz onilliklərdir ki, bu xidmətlərlə işləyirik, onlara imkanlar yaratmağa və onların Gürcüstanın sərhədlərini qorumaq və Rusiyanın təcavüzünün qarşısını almaq üçün müvafiq təlim və avadanlıqlara malik olduğundan əmin olmağa çalışırıq və bunu davam etdirəcəyik” – deyə Kelli Deqnan bildirib.