Kelli Deqnan - Bizim fəaliyyətimiz Gürcüstanın müdafiyəsinin gücləndirilməsinə yönəldilib ki, ölkə öz sərhədlərini qoruya bilsin
Bizim fəaliyyətimiz Gürcüstanın müdafiyəsinin gücləndirilməsinə yönəldilib ki, ölkə öz sərhədlərini qoruya bilsin və paralel olaraq, inkişaf etmiş, demokratik cəmiyyət qura bilsin.
Mənim Gürcüstana səfir təsdiqləndiyim halda, Gürcüstan iqtidarı ilə bu və digər məsələlər üzrə əməkdaşlıq edəcəm” – bu bəyanatı Gürcüstana ABŞ səfiri vəzifəsinə təyin etməsi gözlənilən Kelli Deqnan ABŞ-ın xarici əlaqələr komitəsində verdi.
Onun dediyinə görə, ABŞ Gürcüstanın Avropa yolunda həyata keçirilən islahatlarını dəstəkləməyə davam edəcək.
ABŞ prezidenti Donald Tramp Kelli Deqnanı Gürcüstan səfiri namizədi olaraq sentyabrın əvvəlində təqdim etdi.