Keli Deqnan - Ümid edirik ki, oktyabr seçkiləri üçün parlament seçki məcəlləsinin ən yaxşı versiyasını təsdiqləyəcək
Ümid edirik ki, oktyabr seçkiləri üçün parlament seçki məcəlləsinin ən yaxşı versiyasını təsdiqləyəcək, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşdən sonra bəyan etdi.
Səfir keli Deqnanın dediyinə görə, Arçil Talakvadze ilə seçki məcəlləsinin islahatı haqqında danışdı.
“Parlament spikeri və digərləri ilə, seçki məcəlləsi ilə bağlı çox yaxşı görüşümüz oldu. Bu məsələ qanunvericiliyin çox əhəmiyyətli bir hissəsidir, hansı ki, ODİHR-ın rekomendasiyalarını əhatə edir. Bilirəm ki, qanunlayihə ilə bağlı çox işlər aparıldı. Ümid edirik ki, oktyabrda seçki məcəlləsinin ən yaxşı versiyası təsdiqlənəcək” – dedi Keli Deqnan.