Keli Deqnan - Ümid edirik ki, konstitusiya dəyişikliklərinin çox partiyalı dəstəyi olacaq

Gürcüstanın siyasi partiyaları birləşə bildilər, kompromisə getdilər, indi isə, istəyirik ki, razılaşmanın hər iki hissəsinin həyata keçirildiyini görək, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfir Keli Deqnan verdi.

“Seçki islahatı ilə bağlı bizim bəyanatımızda aydın şəkildə yazılıb ki, dialoqda iştirak edən səfirlər ayrı-ayrı detalları şərhləndirməyəcəklər. Gürcüstanın siyasi partiyaları tərəfindən 8 mart razılaşmasına nail olundu. İndi isə, istəyirik ki, razılaşmanın hər iki hissəsinin həyata keçirildiyini görək. Ümid edirik ki, konstitusiya dəyişikliklərinin çox partiyalı dəstəyi olacaq. Bu həqiqətən bu ölkədə demokratik prinsiplərə sadiq qalmanın təsdiqi olacaq və ədalətli seçkilərin keçirilməsi üçün gərəkən şərtlər yaranacaq” – dedi səfir Deqnan.