Keli Deqnan Tamar Baçaliaşvilinin ailəsinə və dostlarına baş sağlığı verdi
ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan naməlum şəkildə həyatını itirən 23 yaşlı Tamar Baçaliaşvilinin ailəsinə və dostlarına baş sağlığı verdi.
Səfir gənc qızın ölüm faktının istintaqı ilə bağlı şərh verməkdən baş qaçırtdı.
“İstintaq davam edir və mənim tərəfindən istintaqla bağlı şərh vermək doğru olmaz. Mən sadəcə ailə və yaxınlarına baş sağlığı vermək istəyirəm, çünki valideynlər üçün övladın ölümüdən böyük faciə yoxdur” – dedi Keli Deqnan.