Keli Deqnan - Sakit atmosfer görürəm və ümid edirəm ki, bütün gün belə davam edəcək
Keli Deqnan - Sakit atmosfer görürəm və ümid edirəm ki, bütün gün belə davam edəcək

Görürəm ki, sakitçilikdir və sakit atmosfer var. Ümid edirəm ki, bütün gün belə davam edəcək, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri keli Deqnan Marneulidıə jurnalistlərə bəyan etdi.

Onun dediyinə görə, bugünki parlament seçkiləri Gürcüstan üçün çox önəmlidir və vətəndaşları seçkilərə çağırdı.

“Çox sevinirəm ki, müşahidəçi olaraq, Marneulidəyəm. Əhali seçkiyə gəlir və tibbi maska taxır. Bu seçkilər Gürcüstan üçün çox önəmlidir. Xalqa azad imkan verilməlidir ki, öz liderini seçsin. Ədalətli seçkilərdə seçiyi pul ilə almaq, təhdid etmək kimi hərəkətlərə yol verilməməlidir.

ABŞ səfirliyinin Gürcüstanın müxtəlif regionlarında 75-dən çox müşahidəçisi var. Onlar yerli və xarici müşahidəçilərə rekomendasiyalar verirlər, çünki bu çox vacib bir gündür.

Ümid edirəm ki, bütün gün belə davam edəcək və gürcüslər bu gün ilə fəxr edəcəklər.

Mərkəzi Seçki Komisiyası əhalinin seçkilərdə təhlükəsiz şəkildə iştirak etməsi üçün əlindən gələni etdi.

Əgəg mümkündürsə, hamınız seçkilərə gedin” – deyir Keli deqnan.