Keli Deqnan - Oktyabr seçkiləri Gürcüstanın demokratik proseslərə sadiq olduğunu göstərməsi üçün imkandır
Gürcüstanda oktyabrda keçirilməsi planlaşdırılar parlament seçkiləri böyük maraq və diqqət toplayır, – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan, ABŞ dövlət katibi Mayk Pompeo və baş nazir Giorgi Qaxaria arasındaki telefon söhbətini şərhləndirərkən verdi.
Onun dediyinə görə, ABŞ və Gürcüstan əməkdaşlığının çox geniş gündəmi var.
“Liderlərimizin bir-biri ilə söhbət etməsi çox yaxşı və müsbət bir əlamətdir. Belə komunikasiya requlyar olaraq, baş tutmalıdır.
Əlbəttəki, oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilər böyük maraq və diqqət toplyayır. Bu seçkilər Gürcüstanın demokratik proseslərə sadiq olduğunu göstərməsi üçün imkandır” – dedi Keli Deqnan.