Keli Deqnan - Mənim üçün heç bir şübhə yoxdur ki, Gürcüstanda strateji partnyorluq olduğu kimi güclü qalır

Mənim üçün heç bir şübhə yoxdur ki, Gürcüstanda strateji partnyorluq olduğu kimi güclü qalır, – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan verdi.

Jurnalistlər səfirə 13 konqresmen tərəfindən hazırlanan hesabatla bağlı sual verdilər.

“Mən o hesabatı görməmişəm, Qoridəydim və təfərrüatlı məlumatım yoxdur. Daha öncə belə hesabatlar ona görə yazılırdı ki, Konqres Gürcüstana diqqət edir və qayğı göstərir, çünki Konqres Gürcüstanı müvəffəqiyyətli görmək istəyir. Strateji partnyorluğumuz isə, hər iki tərəf üçün mərkəzdədir. COVİD-19 pandemiyası zamanı bu strateji əməkdaşlıq daha da gücləndi. İki ölkə arasında strateji partnyorluğun və əməkdaşlığın qurulması üçün hər iki tərəfin böyük investisiyaları oldu, ona görə də, mənim üçün heç bir şübhə yoxdur ki, Gürcüstanda strateji partnyorluq olduğu kimi güclü qalır” – dedi Keli Deqnan.

13 konqresmenin yazdığı hesabatda Bidzina İvanişvili haqqında söz edilməsi ilə bağlı isə, Keli Deqnan bəyan edir ki, bu ABŞ-ın rəsmi mövqeyi deyil.

“Bu hesabat ABŞ-ın rəsmi mövqeyi deyil. Qanunverici orqanın bir hissəsinin adı ilə danışa bilmərəm, çünki mən başqa bir hissənin nümayəndəsiyəm. Hesabat haqqında suallar Konqresə verilsə daha yaxşıdır. Biz Gürcüstanın müvəffəqiyyətli gələcəyinə inanırıq və suverenliyinə hörmət edirik” – dedi Keli Deqnan.

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar komitəsi “Amerikanın gücləndirilməsi və qlobal təhlükələrlə mübarizə” adlı milli təhlükəsizlik strategiyasını hazırlayıb.