Keli Deqnan - Xahiş edirəm seçkilərə gedin, səs verin, tibbi maska taxın və sosiyal məsafəyi qoruyun
Keli Deqnan - Xahiş edirəm seçkilərə gedin, səs verin, tibbi maska taxın və sosiyal məsafəyi qoruyun

Mərkəzi Seçki Komisiyasında Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki səfiri Kelli Deqnanın və MSK sədri Tamar Jvaniyanın görüşü başa çatdı.

Keli Deqnan və Tamar Jvaniya səs vermə prosesinin gedişatı haqqında söhbət etdilər.

Görüş başa çatdıqdan sonra, Keli Deqnan bəyan etdi ki, Mərkəzi Seçki Komisiyası seçkilərin təhlükəsiz şəkildə keçirilməsi üçün önəmli adımlar atıb.

Səfir seçicilərdən xahiş etdi ki, seçkilərə gedib, səs versinlər, tibbi maska taxsınlar və sosiyal məsafəyi qorusunlar.

“Təbrik edirəm. Bu seçkilər çox önəmlidir Gürcüstan üçün. Əsas olan yeni azad seçim üçün sakit atmosferdir.

Mən bugün buraya gəldim, çünki seçkilər bu qrup tərəfindən hazırlanıb və seçkilərin administrasiyası ilə bağlı bunlar məsuliyyət daşıyırlar və çox vacib işlər görürlər.

Ümid edirəm ki, xalq MSK tərəfindən həyata keçirilən əhəmiyyətli işlərə hörmət edəcək, çünki MSK əlindən gələni edib ki, səs vermə prosesi maksimal olaraq, təhlükəsiz və sakit şəkildə keçsin. Covid-19-dan qorunmaq üçün burada geniş-miqyaslı hazırlıq var ki, təhlükəsiz şəkildə səs verə biləsiniz.

ABŞ səfirliyinin 75-ə qədər nümayəndəsi bütün ölkə miqyasında seçki məntəqələrinə müşahidəçilik edir.

Zorakılığa və təhdidlərə yer verilməməlidir, biz müşahidəçilər olaraq, bu məsələlərə diqqət edirik.  Yenə bir dəfə müraciət edirəm,  səs verməyə gəlin, tibbi maskanızı taxın və sosiyal məsafəyi qoruyun” – dedi səfir Deqnan.