Keli Deqnan - Hər bir partiya öz tərəfdarlarına izah etməlidir ki, zorakılıq və təhdid qeyri-məqbuldur
Hər bir partiya öz tərəfdarlarına izah etməlidir ki, zorakılıq və təhdid qeyri-məqbuldur, – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Marneuli insindenti ilə bağlı danışarkən verdi.
Onun dediyinə görə, Marneulidə baş verən hadisə kimi hallar, ölkənin reputasiyasına xələl gətirəcək.
“Belə insindentlərin baş verdiyini eşitdiyimiz üçün, çox təəssüflənirik. Belə halların monitorinqini həyata keçirən vətəndaş cəmiyyətinə təşəkkür edirəm. Belə hallar ölkənin reputasiyasına zərər verəcək və hər bir partiyanın nümayəndəsi və yaxud lideri öz tərəfdarına başa salmalıdır ki, belə insindentlərin arxasında kim durursa dursun, zorakılıq və təhdid qeyri-məqbuldur” – dedi Keli Deqnan.
Xatırladaq ki, bir neçə gün öncə, Marneulidə “Milli Hərəkat” və “Gürcü Arzusu” aktivistləri arasında fiziki münaqişə baş verdi və insindent zamanı medya nümayəndələri və onların arasında Birinci Kanalın operatoru fiziki zərər gördülər.