Keli Deqnan - Gürcüstanın elə liderləri var, hansılar ölkənin ən yaxşı maraqlarına sadiqdirlər
“Gürcüstanın elə bir liderləri var, hansılar ölkənin ən yaxşı maraqlarına sadiqdirlər və ölkənin müvəffəqiyyəti və iqtisadi inkişafı üçün əllərindən gələni edirlər,” – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Kelli Deqnan verdi.
Səfir qeyd etdi ki, Konqresdən gələn məktublara mütləq diqqət yetirilməlidir.
“Ölkəmizin iqtidarının budaqları arasında böyük fikir ayrılıqları var. Gürcüstan iqtidarına sualları olan məktub qanunverici orqanın, Konqresin bir budağının məktubudur və mənim o məktub haqqında şərh verməyim doğru olmaz. Əsas olan odur ki, Konqresdən gələn məktublara ciddi yanaşaq, çünki bu məktubları yazanlar illərdir Gürcüstanın inkişafı və müvəffəqiyyəti üçün qayğı göstərirlər.
Mənim şəxsi təcrübəmdən irəli gələrək isə, müxalifət və iqtidar nümayəndələri ilə ünsiyyətdən sonra, deyə bilərəm ki, Gürcüstanın elə bir liderləri var, hansılar ölkənin ən yaxşı maraqlarına sadiqdirlər və ölkənin müvəffəqiyyəti və iqtisadi inkişafı üçün əllərindən gələni edirlər” – dedi Keli Deqnan.