Gürcüstan iqtidarı koronavirus krizisi zamanı çox yaxşı işlədi və onunla əməkdaşlığımızla fəxr edəcəyik, – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan verdi.
“Bir-birimizlə partnyorluğun və əməkdaşlığın möhkəmlənməsi üçün çox investisiya qoyuldu. COVİD-19 pandemiyası zamanındaki əməkdaşlığımız bunun bariz nümunəsidir. Gürcüstan iqtidarı pandemiya zamanı çox yaxşı işlədi. Gürcüstanla əməkdaşlıq üçün fəxr edəcəyik. Biz Gürcüstana yardım etmək istəyirik və şübhısiz strateji əməkdaşlığımız və patnyorluğumuz güclü qalmağa davam edəcək” – dedi Keli Deqnan.