Keli Deqnan - Qəbul edilən qanunlayihədə Gürcüstanın nailiyyətləri ilə bağlı bir çox müsbət şərhlər var
ABŞ senatı tərəfindən qəbul edilən qanunlayihədə Gürcüstanın nailiyyətləri və seçdiyi yolda, ABŞ-ın görmək istədiyi, gələcək addımları ilə bağlı bir çox müsbət şərhlər var, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan ABŞ senatı tərəfindən qəbul edilən 2021-ci fiskal ilin müdafiyə avtorizasiyası qanunlayihəsinin təsdiqlənməsi ilə bağlı verdi.
Keli Deqnan dediyinə görə, qanunlayihəyi sonuna qədər oxumaq lazımdır və müəyyən sualları yaranan senatorların fikirləri də diqqətə alınmalıdır.
“Gürcüstana dəstək verən senator Riş, senator Şahin və konqresin digər nümayəndələri tərəfindən Gürcüstan iqtidarına qarşı yaranan suallar da diqqətə alınmalıdır. Onları dinləmək lazımdır, çünki onlar Gürcüstanı tanıyan insanlardır və Gürcüstanın inkişafını dəstəkləyirlər” – dedi Keli Deqnan.