Keli Deqnan - Əminəm ki, 2020-ci ilin seçkiləri, əvvəlki seçkilərdən daha yaxşı keçiriləcək
ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnanın bəyanatına görə, hərhamsı seçkilər zamanı Rusiyadan gələn təhlükədən irəli gələrək, Gürcüstan öz seçki sistemini qorumalıdır.
Onun dediyinə görə, ABŞ-ın və Gürcüstanın digər beynəlxalq partnyorlarının xüsusi proqramları var, hansılar Gürcüstana yalan xəbərlərlə mübarizədə yardım edəcəklər.
Keli Deqnan əmindir ki, 2020-ci ilin seçkiləri əvvəlki seçkilərdən daha yaxşı keçiriləcək.
“Düşünürəm ki, bu istiqamətdə böyük inkişaf görəcəyik və əminəm ki, bu seçkilər əvvəlkindən daha yaxşı keçiriləcək” – dedi ABŞ səfiri.
Xatırladaq ki, 2020-ci ilin parlament seçkiləri, prezidentin təyin etdiyi tarixdə, oktyabrın 31-də keçiriləcək.