Amerika Birləşmiş Ştatlarının Gürcüstadaki səfiri Keli Deqnan bugün xalq müdafiyəçisi Nino Lomcaria ilə görüşdü.
Tanışlıq görüşündə Nino Lomcaria və amerikalı diplomat, ombudsmen aparatının fəaliyyəti, yaxınlaşan parlament seçkiləri, ərazilərin işğalı və digər məsələlər haqqında söhbət etdilər.
Görüşdən sonra, səfir xalq müdafiyəçisi aparatının fəaliyyətinin əhəmiyyətinə diqqət yetirdi.
“Xalq müdafiyəçilərinin rolu demokratiyanın inkişafı baxımından çox önəmlidir. Xüsusi ilə də, məhkəmə sistemində, müəyyən məsələlərlə bağlı, xalq müdafiyəçilərinin rolu əvəzsizdir” – dedi Keli Deqnan.
Xalq müdafiyəçisinin məlumatına görə, ABŞ səfiri, xalq müdafiyəçisinin yaxınlaşan seçki prosesinə hansı formada iştirak edəcəyi ilə maraqlandı.