Keli Deqnan - Biz Gürcüstanın demokratik inkişaf yolunda, yenə də onun güclü partnyoru və dostu olmağa davam edəcəyik
Keli Deqnan - Biz Gürcüstanın demokratik inkişaf yolunda, yenə də onun güclü partnyoru və dostu olmağa davam edəcəyik

Biz Gürcüstanın demokratik inkişaf yolunda, yenə də onun güclü partnyoru və dostu olmağa davam edəcəyik , – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan, İctimai İşlər Ofiserinin vəzifəsinin icraçısı Kristofer Andersonla söhbət zamanı verdi, hansı ki, səfirlə Gürcüstandaki parlament seçkiləri, Amerikanın mövqeyi, ABŞ-daki prezident seçkiləri və iki ölkənin strateji parntorluğu haqqında söhbət edir.

Səfir Deqnanla Kristofer Andersonun müsahibəsini ABŞ Səfirliyi yayır.

ABŞ-da keçirilən seçkilərlə bağlı suallara cavab verərkən, Keli Deqnan bəyan etdi ki, ABŞ seçkilərinin nəticələrindən daha önəmli olan Gürcüstanın yeni iqtidarının və parlamentinin önəmli ishalatlar və əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi üçün hazır olmasıdır.

“Gürcüstanla birgə dəyərlərə əsaslanan, illər ərzində davam edən partnyorluğumuz dəyişməyəcək, ancaq ABŞ prezident seçkilərindən daha önəmli olan şey, Gürcüstanın yeni iqtidarının, Gürcüstanın demokratiyasının gücləndirilməsi üçün gərəkli olan, əhəmiyyətli islahatların və dəyişikliklərin həyata keçirilməsi üçün hazır-olub olmamasıdır.

Bunlar parlament və məhkəmə sistemi kimi, müstəqil instituların gücləndirilməsini və daha çox şəffaf olmasını nəzərdə tutur.

Amerika Birləşmiş Ştatları təbii ki, Gürcüstana dəstək göstərməyə davam edəcək. Biz Gürcüstanın demokratik yolunda, yenədə onun güclü partnyoru və dostu olmağa davam edəcəyik” – dedi Keli Deqnan.