Keli Deqnan - ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyü haqqında yüksək səslə danışmağa davam edəcək
Amerika Birləşmiş Ştatları Gürcüstanın suverenliyi və ərazi bütövlüyü haqqında yüksək səslə danışmağa davam edəcək, biz doğruları deyəcəyik və Gürcüstana öz ərazilərini və vətəndaşlarını qoruması üçün dəstək verəcəyik, – bu bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq verdi.
Rusiya Xarici işlər Nazirliyi bəyanat yaydı, hansında deyilir ki, ABŞ Dövlət Departamenti və ABŞ səfirliyi baş verən hadisələri bilmədən gürcülərə dəstək verib, Moskva və Sxinvaliyi təqsirləndirirlər.
Keli Deqnanın bəyan etdiyinə görə, insindentlərin prevensiya mexanizmlərinin fəallaşmasına mane olan Rusiyanın özü idi.
“Düşünürəm ki, Gürcüstan insindentə tez və sakitcə cavab vermək üçün əlindən gələni etdi və haqqı olduğu kimi, öz vətəndaşlarını qorudu” – deyir Kelli Deqnqan.