Kaxa Kaladze Almaniyanın Rekonstruksiya və İnkişaf Bankının nümayəndələri ilə görüşdü
Kaxa Kaladze Almaniyanın Rekonstruksiya və İnkişaf Bankının nümayəndələri ilə görüşdü

Tbilisi meri seçkilərində qalib gələn namizəd Kaxa Kaladze Almaniyanın Rekonstruksiya və İnkişaf Bankının nümayəndələri ilə görüşdü.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, Almaniyanın rekonstruksiya və İnkişaf Bankının nümayəndələri, ictimai nəqliyyatın, avtobusların və metronun reabilitasiya işləri üçün gərəkən məbləğ ayırmağa hazır olduqlarını bildirdilər.

Kaladzenin bəyanatına görə, yaxın gələcəkdə Maliyyə Nazirliyinin qoşulması ilə, konkret layihələrin işlədilməsi başlayacaq.

Onun dediyinə görə, Bank həmçinin külək və günəş energiyasının istifadəsi layihələri üçün də məbləğ ayırmağa hazırdır.