Karl Hartzel – Düşünürəm ki, Gürcüstan kimi kiçik bir ölkə təcrid olunmayacaq və öz-özünə kafi olmayacaq, açıq iqtisadiyyat və  beynəlxalq ticarət sayəsində daha uğurlu bir ölkəyə çevriləcək
Karl Hartzel – Düşünürəm ki, Gürcüstan kimi kiçik bir ölkə təcrid olunmayacaq və öz-özünə kafi olmayacaq, açıq iqtisadiyyat və  beynəlxalq ticarət sayəsində daha uğurlu bir ölkəyə çevriləcək

 

AB-nin Gürcüstandakı səfiri Karl Hartzelin sözlərinə görə, həm Gürcüstanda, həm də Avropada koronavirus ilə mübarizə müddətində şahid olunan həmrəylik  həqiqi   nailiyyətdir və o,ümid edir ki, bu, böhrandan sonra da qorunub-saxlanılacaq.

Bu açıqlama ilə Hartzel videokonfransda “Vəziyyət haqqında nə düşünürsünüz, məsələn, mən düşünürəm ki,pandemiya bəşəriyyəti  müharibələrdən xilas etdi. Biz  insanlar bir-birimizin həyatını xilas etməyin və sevgini paylaşmağın vacibliyini daha yaxşı başa düşdük. Bundan əlavə, dövlətlər xarici bazarlar axtarmağın əvəzinə, öz iqtisadiyyatlarına, o cümlədən yerli məhsulları ixrac etmək əvəzinə yerli bazarlarda satmağa qayğı göstərməyə başladılar. Fikirlərinizi bölüşün. “-deyə ona yönəldilmiş   suala cavabında bildirib.

“İlk növbədə, həmrəyliyə gəlincə, fikrimcə, bu çox vacibdir, son zamanlarda həm burda,Gürcüstanda, həm də Avropada Covid-19-a qarşı mübarizə müddətində şahid olduğumuz bu həmrəyliyin əsl nailiyyət olduğunu düşünürəm. Ümid edirəm ki, ağır böhrandan sonra da bunu davam etdirəcəyik “-deyə Hartsel bildirib.

Karl Hartzelin qiymətləndirməsinə görə, Gürcüstan təcrid olunmayacaq, əksinə  açıq iqtisadiyyat və beynəlxalq ticarət sayəsində çox uğurlu və zəngin bir ölkəyə çevriləcək.

Hazırladı-Sevinc Mustafayeva