Karl Hartsel - Tərəflərin bir-biriləri haqqında deyil, bir-biriləri ilə danışma zamanı gəldi
Karl Hartsel - Tərəflərin bir-biriləri haqqında deyil, bir-biriləri ilə danışma zamanı gəldi

Biz demonstrantların söz azadlığının qorunmasının tərəfdarıyıq, ancaq eyni zamanda, hesab edirik ki, azadlıq ifadəsi qanun və konstitusiya çərçivəsində olmalıdır, – bu bəyanatı Avropa İttifaqının Gürcüstan Nümayəndəliyinin rəhbəri Karl Hartsel, parlamentin avro-inteqrasiya komitəsinin sədri Davit Sonğulaşvili ilə görüşdən sonra verdi.

Hartselin dediyinə görə, Aİ müxalifətlə iqtidarın sabahki dialoqunu dəstəkləyir.

“Avropa İttifaqı artıq tərəflər haqqında dialoqu görmək istəyir, çünki tərəflərin artıq bir-biriləri haqqında deyil, bir-biriləri ilə danışmalarının zamanı gəldi.

Həmçinin, ölkədə yaranan siyasi vəziyyətlə bağlı daha geniş bir diskussiyayı görmək istəyərdik” – dedi Karl Hartsel.