Karl Hartsel - Təəsüflənirəm ki, yeni seçki qanunvericiliyinin daha geniş siyasi spektr təfəfindən dəstəklənmə imkanı əldən buraxıldı
Təəsüflənirəm ki, yeni seçki qanunvericiliyinin daha geniş siyasi spektr təfəfindən dəstəklənmə imkanı əldən buraxıldı, – bu barədə yeni seçki qanunvericiliyinin təsdiqlənməsi ilə bağlı Avropa İttifaqının Gürcüstandaki səfiri Kar Hartselin bəyanatında deyilir.
“ATƏT (OSCE/ODIHR) tərəfindən verilən rekomendasiyaların nəzərə alınması ilə qəbul edilən müsbət qanun dəyişikliklərini salamlayıram.
Həmçinin, seçicilərə təzyiq və seçki komisiyasının komplektləşdirilməsi kimi önəmli məsələlərlə bağlı ambisiyalı islahatların keçirilməsini də istəyərdik.
Təəsüflənirəm ki, yeni seçki qanunvericiliyinin daha geniş siyasi spektr təfəfindən dəstəklənmə imkanı əldən buraxıldı.
Yaxınlaşmış parlament seçkiləri Gürcüstan tərəfindən üzərinə götürülən öhdəliyin – demokratiyanın inkişaf prosesinin və qanun aliliyinin yerinə yetirilməsinin dəyərləndirilməsi üçün qərar verici faktordur.
Ümid edirik ki, seçkilər bütün qaydaların qorunması ilə keçiriləcək” – deyir Hartsel öz bəyanatında.