Karl Hartsel - Sevinirəm ki, Gürcüstan haqlı olaraq, dünyanın ən təhlükəsiz 15 ölkəsi arasında adlandırıldı
Sevinirəm ki, Gürcüstan haqlı olaraq, dünyanın ən təhlükəsiz 15 ölkəsi arasında adlandırıldı. Səmimiyyətlə deyirəm ki, Gürcüstan bu siyahıda olmasaydı təəcüblənərdim” – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel Birinci Kanal ilə söhbət edərkən verdi.
Onun dediyinə görə, bu sadəcə başlanğıc mərhələsidir və Avropa İttifaqının üzv ölkələrini fundamental iş gözləyir.
“Bu məsələlərlə bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi və iqtidarı ilə də işləyirik. Bu kompleksli prosesdir və bir çox tərəfin qoşulmasını tələb edir” – dedi Karl Hartsel.