Karl Hartsel - Məhkəməyə hörmətsizlik və polyarizasiyanın yüksək dərəcəsi demokratiya üçün təhlükə yarada bilər
Karl Hartsel - Məhkəməyə hörmətsizlik və polyarizasiyanın yüksək dərəcəsi demokratiya üçün təhlükə yarada bilər

Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartselin bəyanatına görə, məhkəməyə hörmətsizlik və polyarizasiyanın yüksək dərəcəsi demokratiya üçün təhlükə yarada bilər.

Hartselin dediyinə görə, elə addımlar atılmalıdır ki, vəziyyət daha da gərginləşməsin.

“İki məsələyi vurğulayacam, biri məhkəməyə hörmətsizlik, digəri isə, polyarizasiyanın yüksək dərəcəsidir. Bu iki faktor bir arada çox kəskin qarışıqlıqdır və Gürcüstanın demokratiyası üçün təhlükə yaradır. Mən bütün tərəflərə müraciət edirəm, elə addımlar atın ki, vəziyyət daha da gərginləşməsin” – dedi Karl Hartsel.