Karl Hartsel İrakli Şotadzenin baş prokuror seçilməsini problemli adlandırır
Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel bəyan edir ki, Gürcüstan parlamenti tərəfindən İrakli Şotadzenin baş prokuror təyin edilməsi ilə bağlı qərar əvvəlcədən də proqnoz edilmişdi.
“Düşünürəm ki, biz sadəcə olaraq, proqnoz edilən prosedurun davamını gördük. Bir tərəfdən, cənab Şotadzenin prokurorluqda uzun müddətli iş təcrübəsi var, digər tərəfdən isə, bu qərar problemlidir və məhkəmə sisteminə etibarın artmasını təmin etməyəcək, ki bu da, ümumiyyətlə siyasi sistem üçün çağırışdır. Məncə bu məsələ gələcəkdə müzakirə olunmalıdır” – dedi Karl Hartsel.