Karl Hartsel - Qaxeladzenin qeyri-qanuni həbsi ilə bağlı verilən qərar çox ciddi yanaşmamızı gərəkdirən bir siqnaldır

Bu vəziyyətin müzakirəsi üçün baş nazir aparatına dəvət edilmək mənim üçün böyük fəxrdir. Biz bu məsələyə diqqət edəcəyik, çünki bu çox vacibdir, – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Karl Hartsel, Giorgi Qaxaria ilə bugünki görüşdən sonra verdi.

“Biz müxtəlif instrumentlərlə çalışırıq. Qaxeladzenin qeyri-qanuni həbsi ilə bağlı verilən qərar çox ciddi yanaşmamızı gərəkdirən bir siqnaldır. Biz Qaxeladzenin dərhal azad edilməsini tələb edirik”, – dedi Karl hartsel.

Xatırladaq ki, Giorgi Qaxaria ABŞ və Avropa İttifaqı səfirlərindən Zaza Qaxeladzenin və işğalçı rejim tərəfindən həbs edilən digər vətəndaşların azad olunmasında dəstək istədi.

Görüş zamanı əsas diqqət beynəlxalq səviyyədə diplomatik və hüquqi imkanlardan istifadə etmə əhəmiyyətinə yetirildi.

Diplomatlar baş verən hadisələrlə bağlı narahatçılıqlarını bildirdilər və Zaza Qaxeladzenin dərhal azad edilməsinin vacibliyini xüsusi ilə vurğuladılar.