Karl Hartsel - Avropa İttifaqını maraqlandıran ölkə iqtidarına kimin gələcəyi deyil, seçkilərin necə keçiriləcəyidir
Avropa İttifaqını maraqlandıran ölkə iqtidarına kimin gələcəyi deyil, seçkilərin necə keçiriləcəyidir, – bu barədə bəyanatı Avropa İttifaqını Gürcüstandaki səfiri Karl Hartsel Gürcüstanın Birinci Kanalına verdi.
Harstelin dediyinə görə, Avropa İttifaqı seçkiqabağı kampaniyasını diqqətlə izləyir və təzyiq faktlarını da qeyd edir.
“Seçki mühiti haqqında söhbət edərkən, Aİ və onun üzvlərinin marağı iqtidara kimin gələcəyi deyil, seçkilərin necə keçirilməsidir. Hələlik insindentlərə və təzyiq faktlarına diqqət edirik, faktları və onlara verilən reaksiyalara baxırıq. ATƏT və ODİHR-ın ilk qrupu artıq Gürcüstandadır. Ümid edirəm ki, müşahidəçilərin sayı artacaq və nəticədə, Gürcüstandaki seçkilərə geniş miqyaslı misiya müşahidəçilik edəcək” – dedi Karl Hartsel.