Kaxa Okriaşvili Dmanisidə baş verən insindentlə bağlı bəyanat yayır
Dmanisi, Tsalka, Bolnisi və Tetritskaro rayonlarında “Milli Hərəkatın” majoritar namizədi Kaxa Okriaşvili dünən Dmanisidə baş verən insindentlə bağlı bəyanat yayır.
Okriaşvilinin dediyinə görə, “Gürcü Arzusunun” seçki qərargahının yanında, bir neçə nəfəri, “Gürcü Arzusunun” aktivisti Zura Okmelaşvili odlu silahla yaralayıb, hansının məsuliyyətə cəlb olunmasını “Milli Hərəkat”-ın nümayəndələri çoxdan tələb edirdilər.
“Bildirmək istəyirəm ki, “Gürcü Arzusunun” majoritar deputat namizədi Qogi Meşvelianinin seçki kampaniyasının fəal aktivisti Zura Okmelaşvili odlu silahla üç nəfəri yaralayıb. Eyni zamanda, Okmelaşvili daha öncə də, yanında bir neçə nəfərlə bərabər, birizm aktivistimizi dövdü və avtomobilinə zərər verdi. Bunun videokadrları bizdə var və istintaq orqanına təqdim edilib.
Bu adamın məsuliyyətə cəlb ounmasını bir aydan artıqdır ki, tələb edirik və əgər bunu nəzərə alsaydılar, 21 oktyabr insindenti olmaycaqdı!” – deyib Okriaşvili.
Dmanisidə “Gürcü Arzusu” ofisinin yanında insindent dünən baş verdi.
“Gürcü Arzusunun” majoritar Deputat namizədi Qogi Meşvelianinin məlumatına görə, “Gürcü Arzusu” ofisinə edilən verən hücum nəticəsində, dörd nəfər yaralanıb, onların arasında qərargahın bir üzvü də var.
Faktla bağlı istintaq -117-ci və 236-cı maddə ilə aparılır.