Parlament sədrinin müavini Kaxa Kuçava Avropa İttifaqının Gürcüstandaki səfiri ilə onlayn görüş keçirdi.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ilk növbədə covid-19-la bağlı vəziyyəti müzakirə etdilər.
Kaxa Kuçava Avropa İttifaqının səfirinə Gürcüstanın bu istiqamətdə planladığı islahatlar barədə məlumat verdi.
Həmçinin, iqtisadi proqramlar haqqında da söhbət edildi.
Parlament sədrinin müavini Avropa İttifaqının səfirinə ölkəyə verdiyi dəstək üçün təşəkkür etdi.