Kaxa Kaladze - Varketili bazarında yanğın nəticəsində zərər görənlərin məsələsi individual şəkildə müzakirə olunacaq, imkan daxilində onlara yardım etməyə hazırıq
Sığorta şirkəti Varketili bazarında baş verən yanğın zamanı zərər görənlərin itgilərini ödəməyə hazır olduğunu bildirdi, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bugünki hökümət iclasında verdi.
Kaxa Kaladzenin dediyinə görə, hazırda yoxlanış aparılır və sığorta şirkəti öz cavabdehliyində olan hər şeyi yerinə yetirəcək.
“Fürsətdən istifadə edib, bazarda yanğını tez zamanda söndürən yanğın söndürənlərimizə təşəkkür etmək istəyirəm. Sığorta şirkətləri ilə danışırıq ki, belə bazarlar sığorta edilsin ki, bütün riskləri aradan qaldıraq. Yanğın zamanı zərər görənlərin vəziyyəti individual şəkildə öyrəniləcək. Bu məsələ ilə bağlı baş nazirlə də görüşümüz olacaq, – dedi Kaxa Kaladze.