Kaxa Kaladze - Televiziyalardan yalan məlumat yayılır ki, güya meriya insanlara yardım etmir
Kaxa Kaladze - Televiziyalardan yalan məlumat yayılır ki, güya meriya insanlara yardım etmir

Munisipalitet icra hakimiyyətinin ehtiyyacı olan vətəndaşlara yardım etmədiyi barədə yayılan məlumat yalandır, çünki bizim prioritetimiz məhz sosiyal yardım və səhiyyə istiqamətləridir, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bu günki paytaxt hökümət iclasında verdi.

Kaladzenin dediyinə görə, konkret medya vasitələrinin efirində çıxan süjetlərdə tamamilə yalan xəbərlər yayılır və icarə ilə ev götürən insanlar hökümətdən gərəkən yardımı alırlar.

“Son illərdə xüsusi ilə ehtiyyac olan ailərə yardım etmək məqsədi ilə bir çox layihələr həyata keçirildi. Çox sayda munisipal proqramlar var. Elan etdiyimiz bütün layihələr son gəpiyinə qədər yoxsul ailələrin yardımı üçün maliyyələşdirilir.

Konkret medya vasitələrində, yayılan süjetlərdən başqa, efirə çağırılıb, munisipalitet fəaliyyəti haqqında yalan danışan qonaqlar da var”, – dedi Kaxa Kaladze.

Merin dediyinə görə, əsas məqsəd ölkədə elə bir iqtisadi vəziyətin yaradılmasıdır, ki yardıma ehtiyyacı olan vətəndaşların sayı az olsun.