Kaxa Kaladze - Şəhərimiz ən təmiz şəhərlərdən biri olmalıdır və əminəm ki, əhali də bizə yardımçı olacaq
“Şəhərimiz ən təmiz şəhərlərdən biri olmalıdır və əminəm ki, əhali də bizə yardımçı olacaq” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxtın hökümət iclasında verdi.
Kaxa Kaladze yaz təmizlik işləri ilə bağlı tapşırıqlar verdi.
” Yaz təmizlik işləri çərçivəsində, cari həftə, küçələrin yuyulması işləri başlayacaq və “Tbisservis qrupu”-nun rəhbəri Levan Cğarkavaya geniş miqyaslı təmizləmə işlərinə başlanması üçün tapşırıqlar vermək istəyirəm. Mərkəzi küçələrdən başlayaraq, bütün rayonları təmizləyəcəyik. Paytaxtımız ən təmiz şəhərlərdən biri olacaq və əminəm ki, əhali də təmizliyi qorumağa bizə yardım edəcək” – dedi Kaxa Kaladze.