Kaxa Kaladze - "Milli Hərəkat" artıq keçmişdə qalmış bir partiyadır
Kaxa Kaladze - "Milli Hərəkat" artıq keçmişdə qalmış bir partiyadır

“Milli Hərəkat” partiyası keçmişdə qalan bir partyadır, – Tbilisinin meri Kaxa Kaladze müxalifət tərəfindən, taksilər üçün requlyasiyaların qoyulması ilə bağlı verilən bəyanata belə cavab verdi.

Müxalifət partiyalarının üzvləri bəyan edirlər ki, taksilərə requlyasiyaların qoyulması ölkədə işsizliyi artıracaq.

“Biz ekoloji baxımdan, təmiz bir şəhər istəyirik və bu məqsədə nail olmaq üçün, şəhərdə başı boş gəzən taksilərə requlyasiyaların qoyulması da, planlaşdırdığımız müxtəlif tədbirlərin bir hissəsidir. Əgər vəziyyət olduğu kimi davam etsə, bu şəhərdə yaşamaq artıq mümkün olmayacaq” – dedi Kaladze.

“Avropa Gürcüstanı”-nın üzvləri bugün taksi sürücüləri ilə görüşürlər.

Partiyanın üzvü Qoka Qabaşvili bəyan edir ki, taksilərə requlyasiya qoymaq qərarı düzgün deyil, çünki bu taksi sürücüləri üçün böyük zərbə olacaq.