Kaxa Kaladze – Samqori-Lilo yolüstü metro layihəsi gərəkən məbləğin yığıldığı zaman həyata keçiriləcək
Kaxa Kaladze – Samqori-Lilo yolüstü metro layihəsi gərəkən məbləğin yığıldığı zaman həyata keçiriləcək

Samqori-Lilo yolüstü metro layihəsi gərəkən məbləğin yığıldığı zaman həyata keçiriləcək, – bu barədə bəyanatı Tbilisinin meri KaxaKaladze Samqori-Lilo qəsəbəsini birləşdirən metronun inşaatının nə zaman başlayacağı ilə bağlı jurnalistlərin suallarına cavab olaraq verdi.

Tbilisi merinin dediyinə görə, layihəyə üçün böyük məbləğlər lazımdır və büdcədə belə imkan yoxdur.

“Layihə təqribən 150 milyon dollarlıqdır.  Hazırda daha önəmli digər prioritetlər var.  2020-ci ilin əvvəlində bir çox layihənin başlayacağını elan etdik, ancaq mövcud olan reallıqdan irəli gələrək, təəssüf ki, onları təxirə saldıq” – dedi Tbilisi meri.