Kaxa Kaladze - Şalva Natelaşvilinin bəyanatları qeyri-adekvatdır, bizə çoxlu idmançı və müvəffəqiyyətli gənclər lazımdır

Şalva Natelaşvilinin bəyanatları qeyri-adekvatdır, bizə çoxlu idmançı və müvəffəqiyyətli gənclər lazımdır, – bu bəyanatla paytaxtın meri Kaxa Kaladze, “Leyborist partiyasının” lideri Şalva Natelaşvilinin bəyanatını şərhləndirdi.

Xatırladaq ki, Şalva Natelaşvili bəyan etmişdi ki, “Gürcüstana bu qədər idmançı lazım deyil”.

“Bu insanın bəyanatları haqqında dərinə getmək istəmirəm, keçmiş tarixə baxsaq, onun bəyanatları çox vaxt qeyri-adekvat olub. Bizə çoxlu idmançı və ölkəmizin adını xaricdə ucaldan müvəffəqiyyətli gənclər lazımdır.  Müvəffəqiyyətli idmaçılarımızla fəxr edirik” – dedi Kaxa Kaladze.