Kaxa Kaladze - Munisipal nəqliyyat sürücüləri dövlət maaşlarını almağa davam edəcəklər
Munisipal nəqliyyat sürücüləri dövlət maaşlarını normal şəkildə almağa davam edəcəklər – bu barədə bəyanatı paytaxt meri Kaxa Kaladze verdi.
Jurnalistlərin verdiyi suallara cavab olaraq, Kaxa Kaladze bəyan etdi: “Onlar bizim əməkdaşlarımızdır və fəaliyyətlərinin müvəqqəti olaraq, dayandırılmasına rəğmən, normal şəkildə maaşlarını almağa davam edəcəklər”.
Xatırladaq ki, koronavirusun yayılması təhlükəsinin prevensiyası üçün, ölkə miqyasında ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılıb.
Həmçinin, Tbilisi metrosunun işləməsi də dayandırılıb.