Sabahdan Batumidə munisipal nəqliyyat işini bərpa edəcək
Sabahdan Batumidə munisipal nəqliyyat işini bərpa edəcək

Sabah saat 07:00-dan Batumidə munisipal avtobuslar və şəhər marşturları ilə hərəkət edən mikroavtobuslar işlərini bərpa edəcəklər.

Batumi Meriyasının məlumatına görə, nəqliyyat vasitələrinə artıq dezinfeksiya edildi.

Xüsusi maye ilə munisipal dayanacaqlar da təmizləndi.

Dezinfeksiya tədbirləri nəqliyyatda hər gün görüləcək.

Munisipal avtobuslarda dispanserlər, elektirk avtobuslarda isə, əlavə olaraq termoskrinq quraşdırılıb.

Avtobuslar şəhərdə bazar ertəsindən cümə gününə qədər, saat 07:00-dan saat 21:00-a qədər, mikroavtobuslar isə, saat 08:00-dan saat 20:00-a qədər hərəkət edəcəklər.

İctimai nəqliyyatda tibbi maskasız olmaq və ayaqda durmaq olmaz.