Kaxa Kaladze - Mikroavtobuslara, avtobuslara və metroya tibbi maska ilə daxil olmaq icbaridir
“Biz sahə mütəxəssisləri tərəfindən verilən bütün tövsiyyələri və tələbləri yerinə yetirəcəyik. Mikroavtobuslara, avtobuslara və metroya tibbi maska ilə daxil olmaq icbaridir” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze verdi.
Kaxa Kaladze qeyd etdi ki, ictimai nəqliyyatın bahalaşması ilə bağlı söhbət olmayıb və belə bir məsələ gündəmdə deyil.
“İctimai nəqliyyat sabahdan işləməyə başlayır. Tibb mütəxəssislərinin tövsiyyələri ilə, nəqliyyat vasitələrində kondinsioner işləməyəcək və pəncərələr açıq olacaq. Nəqliyyat vasitələri hər gün dezinfeksiya ediləcək” – dedi Kaxa Kaladze.