Kaxa Kaladze - Lisenziyası olan taksilər üçün texniki yoxlanış mütləqdir, əks halda lisenziyaları alınacaq
Kaxa Kaladze - Lisenziyası olan taksilər üçün texniki yoxlanış mütləqdir, əks halda lisenziyaları alınacaq

“Lisenziyası olan taksilər üçün texniki yoxlanış mütləqdir, əks halda lisenziyaları alınacaq, bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Tbilisi hökümət iclasında verdi.

Kaxa Kaladze qeyd etdi ki, taksi islahatları çərçivəsində qoyulan requlyasiyalardan irəli gələrək, taksi xidmətinin şərtlərindən biri nəqliyyat vasitəsinin icbari texniki yoxlanışıdır.

“Texniki yoxlanış təxirə salınmışdı, ancaq indi zamanıdır və taksi sürücüləri avtomobillərinin texniki yoxlanışdan keçirilməsini təmin etməlidirlər, əks təqdirdə, lisenziyaları əllərindən alınacaq” – dedi Kaxa Kaladze.