Kaxa Kaladze - Gürcüstan rüşvətxorluğa qarşı mübarizədə dünyanın qabaqcıl ölkələrindən biridir, yalanların tirajlanması adi çirkablıqdır
Kaxa Kaladze - Gürcüstan rüşvətxorluğa qarşı mübarizədə dünyanın qabaqcıl ölkələrindən biridir, yalanların tirajlanması adi çirkablıqdır

 
Gürcüstan rüşvətxorluğa qarşı mübarizədə dünyanın qabaqcıl ölkələrindən biridir-bu barədə paytaxtın meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Kaxa Kaladzeyə “Beynəlxalq Şəffaflıq- Gürcüstan” təşkilatı tərəfindən “araşdırılmamış yüksək səviyyəli mümkün korrupsiya halları” ilə bağlı dərc edilmiş məlumata dair sual ünvanlanıb.

Paytaxt meri qeyd edib ki, bu yalanın tirajlanması və qeyri-düzgün məlumatların yayılmasıdır.

“Yalan məlumatın tirajlanması, yalanın yayılması -bu, adi çirkablıqdır. Gürcüstan rüşvətxorluğa qarşı mübarizədə dünyanın qabaqcıl ölkələrindən biridir və bununla əlaqədar beynəlxalq institutlar tərəfindən dərc edilmiş tədqiqatları görə bilərsiniz və ölkəmizin öncül olmasına əmin olacaqsınız” – deyə Kaxa Kaladze bildirib.