Kaxa Kaladze - "Gürcü Arzusunda" daxili qarşıdurmalar barədə yayılan məlumat yalandır
Kaxa Kaladze - "Gürcü Arzusunda" daxili qarşıdurmalar barədə yayılan məlumat yalandır

Tbilisinin meri və “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladzenin dediyinə görə, partiyada qarşıdurmalarla bağlı məqsədyönlü şaiələr yayılır.

“Bunlar əhaliyi yanlışa salmaq üçün yayılan axmaq və məqsədyönlü şaiələrdir. Bu haqda ciddi danışmaq belə istəmirəm, partiyamızda hərhansı bir narazılıq və qarşıdurma yoxdur” – dedi Kaladze.

Qaxarianın siyasi şuranın iclasında iştirak etməməsi ilə bağlı isə, Kaladze bəyan etdi ki, bunda problem yoxdur, bəzən təcili və təxirə salınmayan işlərə görə, kimlərsə iclasda iştirak etməyə bilərlər.