Kaxa Kaladze - Müəyyən qarşıdurma hallarına baxmayaraq, seçki kampaniyası sakit mühitdə keçir

“Gürcü Arzusunun” baş katibi Kaxa Kaladzenin bəyanatına görə, müəyyən qarşıdurma hallarına baxmayaraq, ümumilikdə, demək olar ki, seçki qabağı kampaniyalar sakit mühitdə keçir.

Kaladze qeyd etdi ki, iqtidar dəstəsi üçün hərhansı qarşıdurma qeyri-məqbuldur.

Kaladze vətəndaşlara müraciət etdi ki, provokasiyalara uymasınlar və səbr göstərsinlər.

“Əlbəttə ki, bəzi siyasi partiya vətəndaşların təhlükəsizliyini təmin edən tələbləri qorumur, ancaq buna baxmayaraq, Seçki kampaniyası sakit mühitdə keçir. Təəssüf ki, müəyyən qarşıdurmalar arada bir baş verməyə davam edir.

Şəxsən mənim üçün və həm-partiyalılarım üçün təhqir və fiziki qarşıdurma qeyri-məqbuldur. Hər birimiz maksimal olaraq, özümüzə hakim olmalıyıq və provokasiyalara uymamalıyıq” – dedi Kaladze.

Xatırladaq ki, Bolnisidə “Milli Hərəkat” və “Gürcü Arzusu” aktivistləri arasında fiziki qarşıdurma dünən baş verdi.

İnsindentlə bağlı cinayət məcəlləsinin 187-ci və 236-cı maddələri ilə istintaq aparılır.

Qeyd olunan maddələr odlu silahın qanunsuz alıb saxlanılmasını və şəxsi əşyalara qəsdlə zərər verməyi nəzərdə tutur.